2024-cü ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycan vətəndaşları Türkiyədə 517 ev əldə ediblər.
Azərbaycan vətəndaşları Türkiyədə - 300-DƏN ÇOX EV VƏ OBYEKT ALIBLAR
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika qurumu (TÜİK) bildirir.
2023-cü ilin 8 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 544 ev əldə etmişdilər.
2024-cü ilin Avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 ev alıblar (2023-cü ilin avqustunda 75 mənzil almışdılar). Beləliklə, azərbaycanlıların Türkiyədə ev alışı Avqusta ötən ilin avqust ayı ilə müqayisədə artıb.
Ümumiyyətlə, iyul və avqust aylarında Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışlında artım sürətlənib.
Avqustda xaricilərə satışlar azalıb
Türkiyədə əcnəbilərə ev satışı avqust ayında ötən ilin eyni ayı ilə müqayisədə 26,2% azalaraq 2 min 257-yə düşüb. Avqust ayında xaricilərə mənzil satışının ümumi ev satışlarında payı 1,7 faiz olub.
Əcnəbilərə ən çox İstanbul (838), Antalya (696) və Mersində (174) ev satılıb.
Avqust ayında Türkiyədə ən çox ev satışı Rusiya (381 ev), İran (171 ev) və Ukrayna (161 ev) vətəndaşlarına edilib. (Marja)