2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 339 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 56 obyekt azdır.
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını - KƏSKİN AZALDIB
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Bildirilib ki, bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 51 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 8 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin iyun ayında Türkiyədə 79 min 313 mənzil satın alınıb ki, bu da 2023-cü ilin iyun ayı ilə müqayisədə 5,2 faiz azdır.
Məlumata görə, 2024-cü ilin yanvar - iyun aylarında Türkiyədə 545 min 74 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır.
2024-cü ilin iyun ayında Türkiyədə xarici vətəndaşlara 1 440 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 45,1 faiz azdır.
Bu ilin yanvar - iyun aylarında əcnəbi vətəndaşlar Türkiyədən 10 min 461 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 45,7 faiz azdır. (Trend)