2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 339 mənzil alıblar.
Bakıda mənzil bazarında vəziyyət necədir?
FED.az Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Türkiyədə 2024-cü ilin yanvar ayında 52, fevral ayında 60, mart ayında 57, aprel ayında 54, may ayında 65, iyunun ayında isə 51 mənzil alıblar.
İyun ayında ən çox mənzil satışı Rusiya Federasiyası vətəndaşlarına edilib. Belə ki, iyun ayında ölkə vətəndaşlarına görə ən çox ev satışı müvafiq olaraq 332 ilə Rusiya Federasiyası, 156 ilə İran və 102 ilə Ukrayna vətəndaşlarına edilib.
Xatırladaq ki, 2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 395, 2023-cü il ərzində isə ümumilikdə 832 mənzil almışdılar.