Mənzil bazarında da qiymət stabilləşsə də həyət və bağ evlərinə tələb artıb.
Bakıda 1 otaqlı mənzillər kəskin - BAHALAŞDI - VİDEO
FED.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 3.5 faiz artıb. Yaşayış binalarında tələb və qiymət dəyişməsə də qeyri-yaşayış sahələrinə tələbin artması qeydə alınıb.
Qeyri-yaşayış sahələrində qiymətdə 1.3 faiz aylıq artım qeydə alınıb. Yaşayış mənzillərinin kirayə qiymətləri cüzi - 0.7 % artasa da bağ evlərinin kirayə qiyməti 5.9 faiz yüksəlib. (Trend)