28 iyun 2022-ci il tarixində saat 10:00-da respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı açıqlanıb.
FED.az xəbər verir ki, hərraca “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə məxsus 7 obyekt çıxarılıb.
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
№ | Müəssisənin (obyektin) adı | Ünvanı | Tabe olduğu təşkilatın adı | Ümumi faydalı sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Əmlakın ilkin (start) satış qiyməti (100%) (manat) |
Torpaq sahəsinin ilkin (start) satış qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (srart) satış qiyməti (manat) |
10% beh (manat) |
1 | Əmlak kompleksi (tövlələr) | Şəki rayonu, Qızılarx kəndi | “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti | 3381.0 | 17424.0 | 220000 | 140000 | 360000 | 36000 |
2 | Qeyri-yaşayış sahəsi (Yeraltı dayanacaq) | Şəki şəhəri, Heydər Əliyev prospekti, 61A | “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti | 1142.9 | x | 160000 | x | 160000 | 16000 |
3 | Qeyri-yaşayış binası (Mağaza) | Qazax rayonu, Hüseynbəyli kəndi | “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti | 96.6 | 170.0 | 8000 | 2000 | 10000 | 1000 |
4 | Qeyri-yaşayış binası (Mağaza) | Qazax rayonu, Canallı kəndi | “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti | 110.6 | 210.0 | 11500 | 2500 | 14000 | 1400 |
5 | Qeyri-yaşayış binası (Mağaza) | Qazax rayonu, Xanlıqlar kəndi | “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti | 92.0 | 939.5 | 10000 | 8000 | 18000 | 1800 |
6 | Qeyri-yaşayış binası (Mağaza) | Qazax rayonu, Qazaxbəyli kəndi | “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti | 108.0 | 300.0 | 6000 | 2000 | 8000 | 800 |
7 | Qeyri-yaşayış binası (Mağaza) | Qazax rayonu, Kosalar kəndi | “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti | 197.8 | 1200.0 | 18000 | 8000 | 26000 | 2600 |