1 və 8 avqust tarixlərində keçiriləcək hərraclara 90 dövlət əmlakı çıxarılacaq
Azərbaycanda 7 kiçik dövlət müəssisəsi və obyekti - HƏRRACA ÇIXARILIR
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 1 və 8 avqust tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 90 dövlət əmlakı çıxarılacaq. Onlardan 13-ü kiçik dövlət müəssisə və obyekti, 77-si isə nəqliyyat vasitəsidir.
1 avqust tarixində keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Avropa istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2005-2014-cü illəri əhatə edir.
8 avqust tarixində keçiriləcək hərraca çıxarılan kiçik dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı start qiyməti 750 manat, ən yuxarı ilkin qiyməti isə 751.500 manatdır.
Hərraca çıxarılan əmlakların siyahısı ilə bu keçiddən tanış olmaq mümkündür: https://clck.ru/33TqtH
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.