Kapital Bank
Nəzarət departamentinin Biznes kreditlərinin monitorinqi şöbəsinin mütəxəssisi
Son tarix 19 sen 2024 - Müraciət et
Bank haqqında
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Rol haqqında
Kapital Bankın kollektivi çalışacaq Biznes kreditlərinin monitorinq şöbəsinin aparıcı/baş mütəxəssisinin axtarırıq. Biz müştərilərimizlə mehriban, başadüşülən və səmimi üslubda danışmağı, xidmət və məhsullarımızın isə hər bir azərbaycanlı üçün başadüşülən olmağını istəyirik. Bankın müştərilər tərəfindən soyuq, anlaşılmaz bir qurum deyil, etibarlı, dürüst və sevimli bir həmsöhbət kimi qəbul edilməsi bizim üçün vacibdir.
Öhdəliklər
- Korporativ və SME kreditlərin planlı və növbədənkənar monitorinqlərini həyata keçirmək;
- Korporativ və SME kredit portfelinin analizi və risklərin ölçülməsi;
- Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək;
- Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
- Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək.
Tələb olunan bacarıq və təcrübə
Sizin barənizdə:
- Ali təhsil;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Analitik düşüncə qabiliyyətinə malik olmaq;
- Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək;
- Məsuliyyətlilik, operativlik və dəqiqlik.
İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri
- Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- İş modeli: Hibrid
- Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var.
- Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.
Namizədlər üçün sosial media bağlantıları
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.