Intermak Group
Baş mühasib
Son tarix 22 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Ödənişləri nəzarətdə saxlamaq
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
- Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
- Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək.
- Daxili nəzarət (audit)
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
- Bütün Bank əməliyyatların icra edilməsi
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Məxfilik prinsiplərini pozmamaq.
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq):
- Ali təhsili (müvafiq sahə üzrə)
- Dil bilikləri: Azərbaycan dili sərbəst
- İş təcrübəsi: 5-6 il
- Komandada işləmək qabiliyyəti
- MC ,Excell ofis proqramları müstəqil inkişafda, digər oxşar mühasibatlıq proqramlarını bilmək; PMS sertifikatı
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
- Azərbaycan Respublikası Vergi Məcəlləsi, Əmək Məcəlləsi
İş qrafiki - 6 günlük
Həftə içi 09:00 – 18:00
Şənbə 10:00-16:00
Ünvan: Babək prospekti 2360
Əmək haqqı – 2500-3000 AZN
Nahar şirkət tərəfindən verilir