“İmişli-Mеhmаnхаnа” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. “İmişli Mehmanxana” ASC-nin səhmdarlarının 30.11.2024-cü il tarixli ümumi yığıncağında Cəmiyyətin ləğv edilməsi və Ləğvetmə komissiyasının yaradılması haqqında qəbul edilmiş qərarların ləğv edilməsi və Ləğvetmə komissiyasının səlahiyyətlərinə xitam verilməsi;
2. Cəmiyyətin direktorunun seçilməsi;
3. Cəmiyyətin təftiş müfəttişinin seçilməsi;
4. Digər məsələlər.
Səhmdarlar gündəlikdə olan məsələlərə dair sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10:00-dan-13:00-dək +994703066698 nömrəsi ilə əlaqə saxlaya bilərlər.













