AzerGold CJSC
Şöbə müdiri / Biznes Proseslərin Keyfiyyətinin İdarəedilməsi Şöbəsi
Son tarix 02 sen 2024 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin biznes proseslərinin idarə olunması, strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
- Mədənçilik əməliyyatlarında proseslərin və prosedurların optimallaşdırılması və təkmilləşdirilməsi üzrə layihələrə rəhbərlik etmək;
- Keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi üçün auditlər və təftişlərin keçirilməsini təşkil etmək;
- Keyfiyyət göstəricilərinin təhlili və hesabatların hazırlanmasını təmin etmək;
- Problemlərin təhlili və əsas səbəblərinin müəyyən edilməsi üçün metodologiyalar tətbiq etmək;
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və prosedurların icrasına nəzarət etmək;
- Sınaq laboratoriyasında avadanlıqların düzgün istifadə edilməsinə nəzarət edilməsini təmin etmək;
- Sınaq laboratoriyasında avadanlıqların dövlət yoxlamalarından vaxtında keçirilməsinin və avadanlıqların kalibrasiya olunmasının təmin edilməsinə nəzarət etmək;
- Sınaq laboratoriyasının akkreditasiyasının təşkil edilməsini həyata keçirmək;
- Hazır məhsullara uyğunluq sertifikatlarının alınması və yenilənməsi işinin təşkil edilməsini təmin etmək;
- Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanmasını, onların vaxtında və düzgün şəkildə tətbiq olunmasını təmin etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur.
- Kommunikasiya bacarıqları, problem həll etmə və qərar qəbul etmə bacarığı, liderlik, analitik düşünmə bacarıqları;
- Məlumatları təhlil etmək, performansa nəzarət etmək və uyğunluğu izləmək üçün mədən proqramlarından, laboratoriya avadanlıqlarından və keyfiyyətə nəzarət alətlərindən istifadə etmək.
- Məhsulların keyfiyyət standartlarına cavab verməsini təmin etmək üçün texniki sənədləri, təlimatları və planları oxuma və təhlil etmə bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Keyfiyyətə nəzarət, proseslərin optimallaşdırılması, komplayns, daxili nəzarət sahəsində və ya əlaqədar sahədə ən azı 5 il iş təcrübəsi, İdarəetmə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
- Ali təhsil. Dağ-mədən mühəndisliyi, geologiya, biznesin idarəedilməsi və ya əlaqəli sahədə ali təhsili olan namizədlərə üstünlük verilir.
- Keyfiyyət idarəetmə sistemləri (ISO 9001, ISO 14001, ISO 45001, ISO 17025) və keyfiyyətə nəzarət standartları üzrə təcrübə tələb olunur.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsnasında təyin olunur.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.