Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı dövrdən indiyədək 90 min qida obyektini və subyektini Qida Təhlükəsizliyi Reyestrinə daxil edib.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramında qeyd olunur ki, sahibkarlara göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə AQTİS-də müvafiq altsistemlər yaradılıb.
Agentlik tərəfindən indiyədək 23 min 500 yoxlama həyata keçirilib.
Yoxlamalar zamanı aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.
Heyvan kəsimi müəssisələrinin sayı 16-dan 101-ə çatıb
Azərbaycanda minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı son illərdə əhəmiyyətli dərəcədə artıb.
Qidaların üzərinə yeni etiket - Sağlam qidanı seçmək asanlaşacaq
Dövlət Proqramında bildirilir ki, 2018-ci ildə ölkədə belə müəssisələrin sayı cəmi 16 olub.
Hazırda isə minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 101-ə çatdırılıb.
Artım qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində görülən tədbirlərin nəticəsi kimi təqdim edilir.













