Azərbaycanın quşçuluq məhsullarının, o cümlədən yumurtanın yeni xarici bazarlara ixracı üçün icazələrin alınması planlaşdırılır.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, ilk növbədə quşçuluq məhsullarının ixrac edilə biləcəyi beynəlxalq bazarlar araşdırılacaq.
Daha sonra həmin ölkələrin idxal tələbləri öyrəniləcək və yerli sahibkarlar məlumatlandırılacaq.
Yekun məqsəd quşçuluq məhsullarının, o cümlədən yumurtanın yeni bazarlara ixracına icazələrin alınmasıdır.
İşlər 2027–2030-cu illəri əhatə edəcək.













