Azərbaycan banklarının istehlak kreditləri göstəriciləri arasında əsl uçurum var.
FED.az biznes və maliyyə xəbərləri portalının 2026-cı ilin 1-ci yarım illiyi üzrə tərtib etdiyi renkinqinə əsasən, ölkədə istehlak kreditlərinin böyük hissəsi iki bankın - Kapital Bank və ABB-nin payına düşüb.
Belə ki, hesabat dövrünün sonuna "Kapital Bank"da istehlak kredit portfeli 3 milyard 323 milyon manat, ABB-də isə 2 milyard 160 milyon manat təşkil edir.
İki bankın istehlak kreditlərinin ümumi həcmi 5 milyard 482,9 milyon manatdır.
Xatırladaq ki, 2026-cı ilin iyun ayının sonuna ölkə üzrə istehlak kreditlərinin ümumi məbləği 9 milyard 917 milyon manat olub.
Bu o deməkdir ki, «Kapital Bank» və «ABB»nin istehlak krediti portfeli ölkə üzrə bütün istehlak kreditlərinin 55,3%-ni təşkil edib.















