Azərbaycanda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara çıxarılması ayrıca tənzimlənəcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramında bu məhsulların bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub.
İlkin mərhələdə mexanizmə dair təkliflər hazırlanacaq, daha sonra hüquqi baza formalaşdırılacaq.
Yekunda ev və ailə təsərrüfatlarında hazırlanmış qida məhsullarının bazara yerləşdirilməsini tənzimləyən mexanizmin tətbiqinə başlanılacaq.
Tədbirin 2028–2032-ci illərdə həyata keçirilməsi planlaşdırılır.













