Azərbaycan Respublikasının Mərkəzi Bankı
Modelləşdirmə və proqnozlaşdırma şöbəsinin rəisi
Son tarix 14 sen 2026 - Müraciət et
Struktur bölmənin adı: Tədqiqatlar departamenti
Vəzifənin funksiyaları:
- Pul siyasəti və maliyyə sabitliyi komitəsinin iclasları üçün makroiqtisadi göstəricilərin proqnozlarının hazırlanması məqsədilə proseslərin təşkili;
- Proqnoz keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə mövcud modellərin təkmilləşdirilməsi və yeni modellərin qurulması ilə bağlı proseslərin təşkili və proseslərdə birbaşa iştirak;
- Siyasət gündəliyindən irəli gələn tədqiqat işlərinin aparılmasında iştirak və işlərin təşkili;
- AMB-nin struktur bölmələrinin sorğusu əsasında müxtəlif proqnozların, həmçinin tematik tədqiqatların aparılmasının təşkili və birbaşa iştirak;
- Tədqiqat mövzularının formalaşdırılması və tədqiqat işlərinin təkmilləşdirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsinin təşkili;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasının təşkil edilməsi;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq şöbənin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.
Təhsil
- İqtisadiyyat, riyaziyyat, maliyyə - Ali təhsil
Təcrübə
- Müvafiq sahə üzrə ən azı 4 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi
Texniki biliklər
- Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, Monetar iqtisadiyyat və pul siyasəti, Ümumi iqtisadiyyat və bankçılıq, Statistika və Ekonometrika, Təqdimat və yazı bacarıqları – yüksək səviyyədə
Kompüter bacarığı
- Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlardan Matlab (IRIS Macroeconomic Modeling Toolbox) və Eviews (həmçinin bu proqramlarda kodlaşdırma bacarıqları) - Yüksək səviyyədə
- MS Office proqramları - Yüksək səviyyədə
Dil bilikləri
- Azərbaycan dili - yüksək səviyyədə
- İngilis dili – yüksək səviyyədə
Davranış kompetensiyaları
- Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik,,vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə
Liderlik kompetensiyaları
- Dəyişikliklərin idarə edilməsi, təşkilatçılıq və planlaşdırma, qərar qəbuletmə
Əlavə tələblər
- Seçim prosesi çərçivəsində real iş mühitində praktiki tapşırıq yerinə yetirmək
- GZİT təhlili (SWOT), struktur bölmə üzrə vizyon və tədbirlər planı haqqında təqdimat hazırlamaq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Beynəlxalq iqtisadiyyat şöbəsinin rəisi
Son tarix 14 sen 2026 - Müraciət et
Struktur bölmənin adı: Tədqiqatlar departamenti
Vəzifənin funksiyaları:
- Beynəlxalq iqtisadiyyat, xarici ticarət, qlobal proseslərin ölkə iqtisadiyyatına təsirləri ilə bağlı tədqiqat işlərinin həyata keçirilməsinin təşkili və birbaşa iştirak;
- Tədiyə balansının proqnozlarının hazırlanması ilə bağlı işlərin təşkili və birbaşa iştirak;
- Qlobal enerji və əmtəə qiymətləri, tərəfdaş ölkələrdə inflyasiya prosesləri üzrə tədqiqat ideyalarının müəyyən edilməsi, bu sahədə araşdırmaların təşkili və nəticələri barədə analitik yazıların hazırlanması;
- AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasının təşkili;
- Tədqiqat mövzularının formalaşdırılması və tədqiqat işlərinin təkmilləşdirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsinin təşkili;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq şöbənin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.
Təhsil
- İqtisadiyyat, beynəlxalq iqtisadiyyat, riyaziyyat, maliyyə - Ali təhsil
Təcrübə
- Müvafiq sahə üzrə ən azı 4 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi
Texniki biliklər
- Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, Monetar iqtisadiyyat və pul siyasəti, Ümumi iqtisadiyyat və bankçılıq, Statistika və Ekonometrika, Təqdimat və yazı bacarıqları – yüksək səviyyədə
Kompüter bacarığı
- Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlardan Eviews və R (həmçinin bu proqramlarda kodlaşdırma bacarıqları) - Yüksək səviyyədə