Bakı Fond Birjasında (BFB) “Troni İnvestisiya Şirkəti” QSC-nin dəstəyi ilə daha bir istiqraz buraxılışı həyata keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "KollektA" ASC-nin istiqraz buraxılışının yekun şərtləri təsdiqlənib.
Şərtlərə görə, Bakı Fond Birjasında "KollektA" ASC-nin 2 000 000 manat dəyərində istiqrazları yerləşdiriləcək. Yerləşdirmə hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqrazın buraxılması ilə həyata keçiriləcək.
"KollektA" ASC-nin istiqraz buraxılışının anderrayteri “Troni İnvestisiya Şirkəti”dir.
İstiqrazlar 18 ay müddətinə, illik 16% gəlirliliklə buraxılır. İstiqrazlar üzrə faiz ödənişləri aylıq həyata keçiriləcək.
İnvestorlar "KollektA" ASC-nin istiqrazlarını əldə etmək üçün “Troni İnvestisiya Şirkəti”nə müraciət edərək hesab açmalıdırlar.
İnvestorlar ilkin bazarda istiqrazların alışı əməliyyatını “Troni İnvestisiya Şirkəti”nin internet saytı və ya tətbiqi vasitəsilə həyata keçirdikdə aşağıdakı xərclər yaranır:
Bakı Fond Birjası (BFB) – əqdin həcmindən 0,02%;
Milli Depozit Mərkəzi (MDM) – depo hesabının açılması üçün 5 (beş) manat (hesab açılarkən bir dəfə tutulur);
“Troni İnvestisiya Şirkəti” – əqdin həcmindən 0,05% (minimum 1 AZN).
İstiqrazların təkrar bazarı
“Troni İnvestisiya Şirkəti” investorlar üçün yüksək səviyyəli xidmət göstərmək məqsədilə istiqrazlar üzrə aktiv təkrar bazar və market-meykinq xidməti təqdim edir. Bu xidmət sayəsində investorlar istiqrazlarını istədikləri zaman və istədikləri həcmdə təkrar bazarda sata və ya ala biləcəklər.
“Troni İnvestisiya Şirkəti”nin xidmətləri barədə daha ətraflı məlumatı şirkətin rəsmi internet səhifəsindən (https://troni.az/) və ya telefonla əlaqə saxlamaqla (+994 10 256 78 56) əldə etmək mümkündür.













