Karo JV Azerbaijan
Baş mühasib
Son tarix 25 sen 2026 - [email protected]
İş yerinin ünvanı: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km
Əsas vəzifə və öhdəliklər:
- Əsas vəsaitlərin reyestri;
- Mühasibat uçotunun və dövlət orqanlarına maliyyə hesabatlarının hazırlanması;
- Xammal, tara və hazır məhsulun qalığının aylıq inventarizasiyası və aktlaşdırılması;
- Xarici alışların və yük-gömrük bəyannamələrinin uçotu;
- Təsərrüfat malları, xammal-material, ehtiyat hissələrinin uçotu və silinməsi;
- Pul vəsaitlərinin və digər vəsaitlərin qəbulu, qorunub saxlanılmasını təmin edən qaydalara riayət olunması, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatların yerinə yetirilməsi;
- Ödənişlərin təsdiq olunması üçün onların müvafiq müəssisə daxili mühasibatlıq proqramında qeydiyyatının aparılması;
- Nağd vəsait və ödəniş qəbzlərinin qəbul edilməsi;
- Yerli və xarici valyuta mübadiləsi əməliyyatlarının aparılması;
- Əmək haqqı, mükafatlar və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq hesablanması;
- Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparmaq, pulun faktiki məbləğini kitabçadakı qalıqla yoxlamaq, kassa hesabatını tərtib etmək;
- Hesablaşma hesabında əməliyyatların aparılması, ödəniş tapşırığının yazılması, bank çıxarışlarının qeydiyyatının aparılması
- Vergi və toplanmış pulun respublika və yerli büdcələrə, sığorta haqqlarının dövlət büdcədənkənar sosial fondlara, ödəmələrin bank idarələrinə əlavə edilməsi və keçirilməsi;
- Əmrlərə əsasən məzuniyyətlərin, ezamiyyələrin, ixtisasartırma kurslarının, müavinətlərin, əmək qabiliyyətinin olmaması vərəqəsinin, işdən azad olanların, o cümlədən sağlamlıq və ya qocalıq ilə əlaqədar işdən azad olanların hesablamalarının həyata keçirilməsi və qeydiyyatı;
- Mühasibat uçotunu və dövlət orqanlarına maliyyə hesabatlarının hazırlanması;
- Əmək haqqı və digər gəlirlər barədə informasiyanın məlumat bazasına daxil edilməsi və hesabatının aidiyyəti üzrə təqdim edilməsi;
- Hazır məhsul satışının uçotunun aparılması;
- Təsərrüfat malları, qida, ehtiyat hissələrinin uçotu və silinməsi;
- Sifarişçilər tərəfindən edilmiş ödənişlərin qeydiyyatının aparılması və müştərilərlə əlaqədar məlumatları yenilənməsi;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak və onlar üzrə müvafiq aktların rəsmiləşdiriliməsi;
- Təhtəlhesablarla hesablaşmanın aparılması;
- İdarə, müəssisə və təşkilatlar tərəfindən göstərilən xidmətlərin uçotunun aparılması;
- Hesab-fakturaların və qaimə-fakturaların hazırlanması və icrası;
- Nəqliyyat (ehtiyat hissələri və yol vərəqələri) və logistika xərclərinin uçotu;
- Yanacaq hesabatlarının əldə edilməsi və uçotunun aparılması;
- Debitor və kreditorların üzləşdirilməsi;
- Yaşlanma cədvəli (kreditorlar və debitorlar üzrə);
- Fəaliyyət sferası çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil.
- Tikinti materiallarının istehsalı və satışı sektorunda minimum 3 illik təcrübə.
- MS Office və 1C ERP proqramlarında işləmək bacarığı.
- Rəqəmlərlə işləmə bacarığı və analitik düşüncə
- PMS sertifikatları
- (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır
İş şəraiti:
- 5 günlük iş qrafiki: saat 09:00-18:00;
- Əmək haqqı: 3 500 Azn (başlanğıc olaraq);
- İş yerinin ünvanı: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km. (İş yerinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək)
Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək.
Uyğun namizədlərdən CV-lərini “Baş mühasib” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.













