Azərbaycanda bankların ipoteka kredit portfellərinin həcmi açıqlanıb.
FED.az-ın bankların 2026-cı ilin ikinci rübünün sonuna olan göstəriciləri əsasında hazırladığı renkinqə görə, ən böyük ipoteka kredit portfeli Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.
30 iyun 2026-cı il tarixinə ABB-nin ipoteka kredit portfeli 1 milyard 777,5 milyon manat təşkil edib.
İkinci yerdə "Kapital Bank" qərarlaşıb. Bankın ipoteka kreditlərinin həcmi 586,1 milyon manatdır. Üçüncü yerdəki "XalqBank"ın ipoteka portfeli isə 525,1 milyon manat təşkil edir.
İlk beşliyi 254,5 milyon manatla "Paşa Bank" və 213,7 milyon manatla "Azər-Türk Bank" tamamlayır.
Başqa sözlə ABB-nin ipoteka kredit portfeli ilk 5-likdə olan digər 4 bankın ümumi ipoteka kreditlərindən daha artıqdır.
|
Bank |
İpoteka kreditləri |
|
ABB |
1 mlrd 777,5 mln manat |
|
Kapital Bank |
586,1 mln manat |
|
XalqBank |
525,1 mln manat |
|
Paşa Bank |
254,5 mln manat |
|
Azər-Türk Bank |
213,7 mln manat |
Xatırladaq ki, 2026—cı ilin ilk yarısında ölkə üzrə ümumi ipoteka kreditləri portfeli 4 milyard 724 milyon manat olub. Bu hesabla ABB-nin ipoteka kreditləri ölkə üzrə bütün ipoteka kreditlərinin 38%-ni təşkil edir.
İlk beş bankın ipoteka kreditlərinin ümumi həcmi 3 milyard 357 milyon manata çatır, bu ölkə üzrə ümumi ipoteka portfelini 71%-i deməkdir.

















