RAHAT Supermarketlər şəbəkəsi
Kassir
Son tarix 08 okt 2026 - [email protected]
Rahat Supermarketlər şəbəkəsi Kassir vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Alıcılara fasiləsiz, operativ və keyfiyyətli kassa xidməti göstərmək.
- Müştərilər və iş yoldaşları ilə nəzakətli, mehriban və gülərüz ünsiyyət qurmaq, şirkətin müştəri xidməti standartlarına riayət etmək.
- Kassa xidməti zamanı müştərilər üçün rahat və əlverişli şərait yaratmaq, növbələrin yaranmasının qarşısını almaq üçün operativ tədbirlər görmək.
- Kassa əməliyyatlarını müəyyən edilmiş qayda və prosedurlara uyğun, dəqiq və düzgün həyata keçirmək.
- Alıcılar tərəfindən ödənilən pul vəsaitlərinin nəzarət-kassa aparatında düzgün əks etdirilməsini və ödənişlərin müəyyən edilmiş qaydada qəbul edilməsini təmin etmək.
- Nəzarət-kassa aparatında əks olunan ödəniləcək məbləği müştəriyə aydın şəkildə bildirmək və nağd, bank kartı və digər təsdiq edilmiş ödəniş vasitələri ilə ödənişləri qəbul etmək.
- Nağd ödəniş zamanı müştəriyə qaytarılmalı pul qalığını düzgün hesablamaq və kassa çeki ilə birlikdə sayaraq müştəriyə təqdim etmək.
- Kassa çeki və pul qalığı təqdim edildikdən sonra məhsulların paketlərə düzgün və səliqəli şəkildə yerləşdirilərək müştəriyə təhvil verilməsini təmin etmək.
- Müştərilərin qarşılanması və yola salınması zamanı şirkətin müştəri xidməti standartlarına uyğun ünsiyyət formalarından istifadə etmək.
- Kassaya yaxın ərazidə yerləşən və kassirə təhkim edilmiş malların səliqəli düzülüşünə, qiymət etiketlərinə və son istifadə tarixlərinə nəzarət etmək, müəyyən edilmiş qaydada inventarizasiyasını aparmaq.
- Kassa növbəsinin sonunda kassada olan pul vəsaitlərini və müvafiq kassa hesabatlarını müəyyən edilmiş qaydada mağaza rəhbərliyinə təhvil vermək.
- Malların qaytarılması əməliyyatlarını yalnız müəyyən edilmiş prosedurlara, tələb olunan sənədlərə və mağaza rəhbərliyinin təsdiqinə uyğun həyata keçirmək.
- Kassa zonasını daim təmiz, səliqəli və müştərilər üçün əlverişli vəziyyətdə saxlamaq.
- Təsdiq edilmiş iş formasından (uniforma) istifadə etmək, xarici görünüş və şəxsi gigiyena tələblərinə riayət etmək, iş vaxtı ərzində yaxa kartını üzərində daşımaq.
- Müştəri axınının yüksək olduğu pik saatlarda mağaza rəhbərinin tapşırığı ilə satış zalında çalışan əməkdaşlara dəstək göstərmək.
- İş gününün sonunda kassanı və ona aid satış nöqtəsini təmiz, səliqəli və müəyyən edilmiş standartlara uyğun vəziyyətdə təhvil vermək.
- İş fəaliyyəti zamanı şirkətin daxili intizam qaydalarına, müştəri xidməti standartlarına və müəyyən edilmiş prosedurlara riayət etmək.
- Şirkətin etik davranış qaydalarına və korporativ davranış standartlarına riayət etmək.
Tələblər
- Təhsil: Orta, peşə təhsili və ya ali
- İş təcrübəsi: Vacib deyil
- Cins: Bəy və Xanım namizədlər
- Kollektivlə işləmək bacarığı
- Tələbələrin müraciət etməsi mümkündür
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 3 növbəli
- İş yeri: Rahat Supermarketlər şəbəkəsi
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi:
- Zəng və WhatsApp: 055 333 66 03
- WhatsApp: 055 909 23 99
RAHAT Supermarketlər şəbəkəsi
Satıcı
Son tarix 08 okt 2026 [email protected]
Rahat Supermarketlər şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların suallarını cavablandırmaq və məhsul seçimi zamanı dəstək olmaq;
- Məhsulların satış zalında düzgün, səliqəli və müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsini, rəflərin daim dolu və satışa hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
- Məhsulların FIFO və FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə, son istifadə tarixlərinə və keyfiyyətinə nəzarət etmək;
- Məhsulların qiymət etiketlərinin düzgünlüyünü və mövcudluğunu yoxlamaq, qiymət, kampaniya və endirim məlumatlarını vaxtında yeniləmək;
- Məhsul ehtiyatlarına nəzarət etmək, çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda sifarişlərin icrasında iştirak etmək;
- Anbardan məhsulların satış zalına vaxtında çıxarılmasını və məhsulların satışa yararlı vəziyyətdə saxlanılmasını təmin etmək;
- Məhsulların zədələnməsi, xarab olması, keyfiyyət problemi və digər uyğunsuzluqları aşkar etdikdə vaxtında rəhbərliyə məlumat vermək;
- Kampaniya və endirim məhsullarının müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsini təmin etmək;
- Kassa aparatı, POS-terminal və digər ödəniş cihazlarından düzgün istifadə etməklə kassa əməliyyatlarını dəqiq həyata keçirmək;
- Satış zamanı məhsulun adı, qiyməti, çəkisi/miqdarı və yekun məbləğinin düzgünlüyünü yoxlamaq, nağd və nağdsız ödənişləri qəbul etmək, qəbzi təqdim etmək və hesab qalığını qaytarmaq;
- Kassa üzrə pul vəsaitlərinin müəyyən edilmiş qaydalara uyğun qəbulunu, sayılmasını və təhvil-təslimini həyata keçirmək, uyğunsuzluqlar barədə məsul şəxsə məlumat vermək;
- Yaş məhdudiyyəti olan məhsulların satışında müştərinin yaşını yoxlamaq və qanunvericiliyin tələblərinə riayət etmək;
- Açıla bilən qutularda olan məhsulların müəyyən edilmiş qaydalara uyğun yoxlanılmasını təmin etmək;
- Satış zalının, rəflərin, kassa zonasının və digər iş sahələrinin təmiz, səliqəli və gigiyenik vəziyyətdə saxlanılmasını təmin etmək;
- İş qrafikinə, iş formasına, şəxsi gigiyena, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, SƏTƏM, SOP, AQTA və şirkətin daxili prosedurlarına riayət etmək;
- Müştəri təklif və şikayətlərini qəbul etmək, mümkün olduqda həll etmək və zəruri hallarda rəhbərliyə yönləndirmək;
- Mağazanın satış və xidmət standartlarına riayət etmək və satış prosesinin effektiv həyata keçirilməsinə dəstək olmaq;
Tələblər
- Təhsil: Orta, peşə təhsili və ya ali
- İş təcrübəsi: Vacib deyil
- Cins: Bəy və Xanım namizədlər
- Kollektivlə işləmək bacarığı
- Tələbələrin müraciət etməsi mümkündür
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 3 növbəli
- İş yeri: Rahat Supermarketlər şəbəkəsi
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi:
- Zəng və WhatsApp: 055 333 66 03
- WhatsApp: 055 909 23 99













