2026-cı ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən bankların böyük əksəriyyəti ipoteka kredit portfelini artırsa da, 4 bankda azalma qeydə alınıb.
FED.az-ın тяртиб етдийи ипотека кредитляри динамикасына (2025-ci ilin sonu ilə 30 iyun 2026 göstəricilərinin müqayisəsi) görə, faiz ifadəsində ipoteka kreditlərini ən çox azaldan bank Premium Bank olub.
Premium Bankın daşınmaz əmlak kredit portfeli 2025-ci ilin sonunda 74 milyon 92 min manat olduğu halda, 30 iyun 2026-cı ildə 73 milyon 149 min manata düşüb.
Beləliklə, bankın ipoteka kreditləri altı ay ərzində 943 min manat və ya 1,3% azalıb.
İpoteka portfelində faizlə ikinci ən böyük azalma XalqBankda qeydə alınıb. Bankın portfeli 531 milyon 554 min manatdan 525 milyon 122 min manata enib. Bu, 6 milyon 432 min manat və ya 1,2% azalma deməkdir.
Üçüncü yerdə Kapital Bankdır. Bankın ipoteka kreditləri 590 milyon 987 min manatdan 586 milyon 99 min manata düşüb. Nəticədə portfel 4 milyon 888 min manat və ya 0,8% azalıb.
İpoteka kreditlərində azalma qeydə alınan dördüncü bank Turan Bank olub. Bankın portfeli 135 milyon 972 min manatdan 135 milyon 297 min manata enib. Azalma 675 min manat və ya 0,5% təşkil edib.
|
Sıra |
Bank |
2025 sonu |
30.06.2026 |
Dəyişiklik |
Dinamika |
|
1 |
Premium Bank |
74,092 mln |
73,149 mln |
−943 min |
−1,3% |
|
2 |
XalqBank |
531,554 mln |
525,122 mln |
−6,432 mln |
−1,2% |
|
3 |
Kapital Bank |
590,987 mln |
586,099 mln |
−4,888 mln |
−0,8% |
|
4 |
Turan Bank |
135,972 mln |
135,297 mln |
−675 min |
−0,5% |













