Nazirlər Kabineti 14 mart 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları"nda dəyişiklik edib.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, kənd təsərrüfatı texnikasının alınması üzrə həyata keçirilən ödənişlər barədə məlumatlar və texnikanın təhvil verilməsini təsdiq edən sənədlər (təhvilverənin razılığı ilə) ölkə Prezidentinin 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə uyğun olaraq sistemə daxil ediləcək.












