2026-cı ilin ilk yarısında Azərbaycanın əksər banklarında ipoteka kredit portfeli böyüyüb, bəzi banklarda isə artım ikirəqəmli olub, hətta 20%-i keçib. .
FED.az-ın 2025-ci ilin sonu ilə 30 iyun 2026-cı il göstəricilərinin müqayisəsinə əsaslanan renkinqinə görə, faiz ifadəsində ipoteka kreditlərini ən çox artıran bank AccessBank olub.
AccessBankın daşınmaz əmlak kreditləri 2025-ci ilin sonunda 22 milyon 160 min manat olduğu halda, 2026-cı il iyunun 30-da 27 milyon 800 min manata yüksəlib.
Beləliklə, altı ay ərzində artım 5 milyon 640 min manat və ya 25,5% təşkil edib.
İkinci yerdə Ziraat Bankdır. Bankın portfeli 42,3 milyon manatdan 52,5 milyon manata yüksəlib. Artım 10,2 milyon manat və ya 24,1% olub.
Üçüncü yerdə ABB qərarlaşıb. Bankın ipoteka kreditləri cəmi altı ayda 1 milyard 550,8 milyon manatdan 1 milyard 777,5 milyon manata çatıb. Artım 226,8 milyon manat və ya 14,6% təşkil edib.
Bank of Baku-da artım 10%, Azərbaycan Sənaye Bankında isə 9,6% olub.
|
Bank |
2025 sonu |
30.06.2026 |
Artım |
|
AccessBank |
22,2 mln |
27,8 mln |
+25,5% |
|
Ziraat Bank |
42,3 mln |
52,5 mln |
+24,1% |
|
ABB |
1 550,8 mln |
1 777,5 mln |
+14,6% |
|
Bank of Baku |
62,0 mln |
68,2 mln |
+10,0% |
|
Azərbaycan Sənaye Bankı |
24,9 mln |
27,2 mln |
+9,6% |
Cədvəldən də göründüyü kimi, ipoteka kreditləri faiz ifadəsində ən çox «AccessBank»da artsa da, məbləğ ifadəsində ən sürətli artım ABB-də baş verib – 6 ayda 227 milyon manat.













