Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Birplus” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Agentliyinin istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tərtib edilmiş protokollara dair məlumatında bildirilir.
Məlumata görə, “Birplus” MMC-də qüsurlu malın dəyişdirilməsi və ya qaytarılmasından imtina edilməsi faktı müəyyən olunub. Bununla əlaqədar şirkət barəsində 4 avqust 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.
Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Hüquq pozuntusu İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi – satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması üzrə rəsmiləşdirilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə nəzərdə tutulur.












