AzRose
Maliyyə hesabatları üzrə mütəxəssis (Qəbələ / Zaqatala)
Son tarix 09 okt 2026 - Müraciət et
Təsvir
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasını həyata keçirmək;
- IFRS tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanması üçün zəruri məlumatları toplamaq, yoxlamaq və təhlil etmək;
- Maliyyə hesabatlarına dair qeydlərin, açıqlamaların və dəstəkləyici cədvəllərin hazırlanmasını təmin etmək;
- Maliyyə göstəricilərini təhlil etmək, kənarlaşma və uyğunsuzluqları müəyyən etmək və rəhbərliyə məlumat vermək;
- Maliyyə hesabatlarının mühasibat uçotu siyasətlərinə və IFRS tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etmək;
- ERP sistemində maliyyə məlumatlarının düzgünlüyünü, tamlığını və vaxtında əks etdirilməsini təmin etmək;
- Maliyyə hesabatlılığı proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrdə iştirak etmək;
- Layihələrin maliyyə nəticələri, gəlirliliyi və səmərəliliyi üzrə təhlillər hazırlamaq;
- Pul vəsaitlərinin hərəkəti, likvidlik və dövriyyə kapitalı üzrə hesabatların hazırlanmasını həyata keçirmək;
- Büdcələşdirmə prosesinin təmin edilməsi üçün zəruri maliyyə məlumatlarını hazırlamaq və təqdim etmək;
- Mühasibat uçotu məlumatlarının tamlığını, düzgünlüyünü və əsaslılığını yoxlamaq;
- Maliyyə məlumatlarının müxtəlif mənbələr üzrə üzləşdirilməsini və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
- Rəhbərlik tərəfindən maliyyə hesabatlılığı və maliyyə təhlili ilə bağlı verilən digər tapşırıqları icra etmək.
Tələblər
- Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə bakalavr təhsili;
- Maliyyə hesabatlılığı, maliyyə təhlili və ya mühasibatlıq sahəsində minimum 1-2 il iş təcrübəsi;
- IFRS üzrə baza bilikləri;
- Güclü analitik düşünmə və problemlərin həlli bacarıqları;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili üstünlükdür);
- MS Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək;
- 1C ERP proqramı ilə işləmək bacarığı;
- Power BI bilikləri üstünlük hesab olunur;
- ACCA, CIMA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil almaq və ya sertifikata malik olmaq üstünlükdür.
Qeyd: Qəbələ, Zaqatala və yaxın rayonlarda yaşayan namizədlərin müraciətlərinə baxılacaqdır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta
- Nahar təminatı
- Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.













