Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Dokta” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən daha baha satıb. Faktla bağlı 5 avqust 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.
Bildirilib ki, bununla “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələbləri pozulub.
Pozuntu İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi – malın hesabına dair istehlakçıların az miqdarda aldadılması kimi qiymətləndirilib.
Qeyd edək ki, bu maddəyə əsasən, fiziki şəxslər 350–500 manat, vəzifəli şəxslər 1 500–2 000 manat, hüquqi şəxslər isə 4 000–6 000 manat məbləğində cərimə edilir












