Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 868 milyon manat dəyərində mobil telefon rabitəsi xidmətləri göstərilib.
“iPhone 18 Pro” və “iPhone 18 Pro Max” təqdim edilib - QİYMƏTLƏR - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bildirilib ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 5,1 % çoxdur.
Məlumata görə, 8 ay ərzində informasiya və rabitə müəssisələri ümumilikdə 2 milyard 748,1 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7 % çox xidmət göstərib.
Xidmətlərin 455 milyon manatını (16,6 %-ni) internet, 435 milyon manatını (15,8 %-ni) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 318 milyon manatını (11,6 %-ni) informasiya, 672,1 milyon manatını (24,4 %-ni) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri 39,4 %, internet xidmətləri 21,3 %, informasiya xidmətləri 13,4 %, mobil telefon rabitəsi xidmətləri 2,4 %, digər informasiya və rabitə xidmətləri 4,6 % artıb. (Report)












