Karat Holdinq MMC
Kommersiya direktoru (un məsələri üzrə)
Son tarix 11 dek 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Yasamal ray.,M.Muxtarov,ev 201
- İş qrafiki: 5 günlük iş həftəsi, 08:00–17:00
- Əməkhaqqı: 1500-2000 Azn.
Əsas vəzifə öhdəlikləri
- Un və un məmulatları (kəpək, yem və s.) üzrə şirkətin ümumi satış strategiyasını hazırlamaq və icrasına nəzarət etmək.
- Mövcud müştərilərlə (çörək zavodları, şirniyyat sexləri, topdansatış mərkəzləri və pərakəndə şəbəkələr) uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək və yeni müştəri bazası formalaşdırmaq.
- Bazar araşdırmaları aparmaq, rəqiblərin qiymət siyasətini və tələb-təklif dinamikasını təhlil etmək.
- Satış komandasının işini təşkil etmək, onlara aylıq və illik hədəflər (KPI) təyin etmək və komandanın peşəkar inkişafını dəstəkləmək.
- Xammal qiymətləri (taxıl bazarı) və istehsal xərclərini nəzərə alaraq optimal qiymət və endirim siyasətini müəyyən etmək.
- Debitor borcların (nəğd və köçürmə ödənişlərin) vaxtında yığılmasına nəzarət etmək.
- İstehsalat və logistika şöbələri ilə sıx əməkdaşlıq edərək sifarişlərin fasiləsiz və vaxtında çatdırılmasını təmin etmək.
- Rəhbərliyə mütəmadi olaraq satış hesabatları və bazar proqnozları təqdim etmək.
Vəzifə tələbləri
- Yaş: 30-45
- İqtisadiyyat, marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil.
- Kommersiya və ya satış sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübəyə üstünlük verilir;
- B2B və topdansatış kanallarını dərindən bilmək, güclü danışıqlar aparmaq və inandırmaq qabiliyyəti.
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı; ingilis və rus dili biliyi üstünlükdür.
- MS Office proqramları (xüsusilə Excel) və 1C proqramında işləmək bacarığı.
- Ezamiyyətlərdə iştirak etmək və istehsalat sahəsində yoxlamalar aparmaq imkanı.
Tələb olunan kompetensiyalar
- Diqqətlilik, ardıcıllıq və nəticəyönümlülük;
- Güclü danışıqlar aparmaq və təqdimat bacarıqları;
- Analitik düşüncə və nəticəyönümlülük;
- MS Office proqramlarında işləmək bacarığı;
- Aydın yazılı hesabat və şifahi təqdimat bacarığı;
- Məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə riayət;
- Komandada işləmək və müxtəlif səviyyəli əməkdaşlarla işgüzar ünsiyyət qurmaq bacarığı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kommersiya direktoru (un məsələri üzrə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














