Səyahət mövsümündə ən sevilən məqamlarda biri təyyarə ilə uçuşdur.
Azərbaycan öz «Booking»ini yaratdı – NARAZI TURİSTLƏRİN PULU QAYTARILACAQ
FED.az xəbər verir ki, təyyarə ilə uçuş səyahətdə çox cüzi vaxt – 1 həftəlik səyahətdə cəmi 6-8 saat vaxt alsa da, təyyarə bileti xərcləri səyahət xərclərində ciddi yer tutur. Üstəlitk uçuşun özü də səyahətin ən maraqlı anıdır, təyyarə bileti və pasportla şəkil isə artıq çoxdan səyahətin simvoluna çevrilib.
Bəs təyyarədə hansı yerdə uçmaq daha yaxşıdır. Amerika Birləşmi Ştatlarında sərnişinlər arasında aparılan sorğu maraqlı nəticələri üzə çıxarıb.
3100 nəfər arasında keçirilən sorğu göstərib ki, təyyarədəki bəzi sıralar və oturacaqlar sərnişinləri daha çox cəlb edir. Hətta bəzi sərnişinlər bu yerdə əyləşmək üçün əlavə ödəniş etməyə də hazırdılar.
Təyyarədə ən çox maraq göstərilən yerlər
Sərnişinlər arasında sorğu «Boeing 737-800» təyyarəsi üzərindən aparılıb. Məlum olub kİ, sərnişinləri ən çox xoşladığı yerlər 1A, 7F, 7A, 1F və 7C olub.
Ümumiyyətlə təyyarədə ən populyar sıralar 1-ci, 7-ci, 4-cü və 20-cidir. 1 və 7-ci sıralar salonda ən irəlidə olan sıralardır: 1-ci sıra biznes sinfində birinci sıradır, 7-ci sıra isə «ekonom» sinifin ilk sırası sayılır. 4 və 20-ci sıralar isə qəza çıxışlarının qarşısındadır. Bütün bu sıraların əsas üstünlüyü qarşıda kifayət qədər boş yerin olmasıdır, amma əlavə səbəblər də var.
"Booking.com" otellərə qiymət qadağası qoyurmuş - ÜSTÜ AÇILIB - $450 milyon cərimə
Belə ki, «biznes» sinifdəki 1A yeri əksər sərnişinlərin seçimli seçimidir. Burada ayağı uzatmaq üçün geniş yer, ayaqyoluna yaxınlıq və pəncərədən açılan mənzərə aiddir.
«Ekonom» sinifin başlanğıcında yerləşən 7A və 7F yerləri isə pəncərə qabağında olmaqla yanaşı, ayaqlar və ümumiyyətlə hərəkət üçün geniş yer, yük yerlərindən daha asan istifadəni təmin edir. Bundan başqa, salonun digər yerlərindən fərqli olaraq bu sıranın yanıdan keçən sərnişinlər az olur, bu da daha sakit uçuş deməkdir.
Azərbaycanlılar ən çox haraya uçurlar - ƏN ÇOX VƏ ƏN AZ UÇUŞ OLAN – ÖLKƏLƏR, SİYAHI
7-ci sıranın əsas üstünlüklərindən biri təyyarəyə minib-düşməkdəki asanlıq, eləcə də yemək və içkilərin daha tez alınması imkanıdır. Məhz bu səbəbdəndir ki, bəzi aviaşirkətlər 7-ci sırada yer vermək üçün əlavə ödəniş tələb edirlər.
Qəza çıxışları qarşısındakı 20A və 20F oturacaqları sərnişinlər arasında ən çox sevidən 10 yerlən 2-sidir. Sərnişinlərin 41%-i ödəniş etməyə hazırdır ki, bu sırada və göstərilən yerlərdə otursunlar. Burada qəza çıxışının qarşısı olduğu üçün yer genişdir. Üstəlik, Allah eləməsin, qəza olanda təyyarədən birinci çıxmaq imkanı var, amma böyük ehtimalla sərnişinlər bu yeri seçəndə qəza ehtimalını fikirləşmirlər.
Ayaqları rahat uzatmaq, təyyarədə yer seçimində əsas səbəb deyil. Sorğuda məlum olub ki, sərnişinlərin 41%-i yer seçəndə təhlükəsizliyi fikirləşirlər. Məsələn, sərnişinlərin 66%-i hesab edir ki, təyyarənin ortası daha təhlükəsizdir, az silkələnir və turbulentlik burada daha azdır.
Və sərnişinlər arasında sıradan asılı olmayaraq, ən çox mübahisə yaradan məsələ – sırada yerlərin seçilməsi. Araşdırma göstərib ki, yer seçimində sərnişinlər pəncərədən açılan mənzərəyə böyük əhəmiyyət verirlər. Sərnişinlərin əksəriyyəti – 67%-i pəncərənin qarşısını seçir, 31,7% keçidin yanındakı yeri, 1,7% isə ortadakı yeri üstün sayır. Pəncərə qarşısı təkcə gözəl mənzərə deyil, həm də başı qoymak üçün rahat yer və rahat yatmaq imkanıdır.
Keçidin qarşısı isə heç kimi narahat etmədən daha rahat durub gəzmək imkanıdır.