Azərbaycanın turizm sektorunda yeniliklər davam edir. Hökumət ölkənin neftdən sonrakı erasında iqtisadi inkişafın əsas drayverlərindən biri kimi baxılan turizm sektorunu maksimum hazırlıqlı vəziyyətə gətirmək istəyir.
Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstandan ucuzdur
FED.az xəbər verir ki, belə tədbirlərdən biri də ölkədə otellərin bronlanmasına imkan verən yeni turizm bronlama sisteminin yaradılmasıdır.
Bir neçə gün əvvəl Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Milli Rezervasiya Platforması təqdim edilib.
Milli Rezervasiya Platforması – adından da göründüyü kimi, Azərbaycanda turistlər üçün hotel və digər yerləşmə vasitələrini rezerv etmək imkanı yaradacaq. Xatırladaq ki, indinin özündə Azərbaycandakı otellərdə rezervasiyaları beynəlxalq rezervasiya sistemləri və otellərin özündən onlayn şəkildə etmək mümkündür. Milli Rezervasiya Platforması da təqribən eyni prinsiplə işləyir və müəyyən mənada həmin sistemlərə rəqib olacaq. Bununla yanaşı, bildirilir ki, yeni Platformadan istifadə edən hotellər, qonaq evləri və digər yerləşmə vasitələrinə imtiyaz və güzəştlər şamil ediləcək.
«Bildiyimiz Booking kimi işləyəcək»
Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Rəşad Əliyev FED.az-a bildirib ki, Milli Rezervasiya Platformasının iş prinsipi digər ənənəvi online rezervasiya platformaları ilə eynilik təşkil edir. Bu sistemə qoşulmaq üçün əvvəlcə hotel və ya digər obyektlə və platforma arasında müavilə bağlanır. Hotelin müvafiq məlumatları və fotoları platformaya yerləşdirilir, profil tam hazır olandan sonra satış başlayır.
Rayon otellərində boş yer qalmayıb - QİYMƏTLƏR
Platforma vasitəsi ilə hotelləri və qonaq evlərini rezervasiya etmək mümkündür, yəni təqribən Booking.com-da olduğu kimi.
Amma sistemin müəllifləri iddia edir ki, Milli Rezervasiya Platforması digər sistemlərdən, məsələn elə booking-in özündən fərqlənəcək və ondan üstünlükləri olacaq. Bu həm sistem vasitəsilə satış edən hotellərə, həm də sistemdən otel alan müştərilərə aiddir.
«Ötellərə özümüz 7/24 rejimdə nəzarət edəcəyik»
«Müştəri tərəfdən üstünlüklər ondan ibarətdir ki platformanın 7/24 dəstək xətti olacaqdır və bütün şikayətlər ilə bu dəstək xətti məşqul olacaq. Digər ənənəvi rezervasiya platformaları (məsələn booking.com) əksər hallarda yalnız qonaq ilə oteli əlaqələndirir, amma problemin həll olunmasında iştirak etmirlər. Bu da qonaqların narazılığına səbəb olur». Milli Rezervasiya Platformasında isə, müəlliflərin sözlərinə görə, müştəri oteldə hər hansı problemlə üzləşsə, 7/24 rejimində işləyən platformaya müraciət edə biləcək.
Qarabağı turizm cənnətinə çevirmək istəyiriksə... - ARAŞDIRMA
Sistemdə yalnız «etibarlı otellər» olacaq
Digər mühüm fərq otellərə aiddir. Rəşad Əliyev FED.az-a bildirib ki, ənənəvi rezervasiya platformaları (yəni məsələn Booking) təqdim etdikləri otelləri heç bir keyfiyyət göstərici olan sənəd və yaxud fiziki yoxlama həyata keçirmədən sistemə qəbul edirlər. Yəni belə sistemlərə daxil olmaq üçün ayrıca keyfiyyət sənədi və ya yoxlama tələb olunmur, bu isə turistlərə ciddi problem yaradır:
«Booking və başqa platformalar otellərdən heç bir sənəd tələb etmədən onlar hansı ulduzu göstərirlərsə, həmin qayda ilə sistemə daxil edirlər. Biz bununla bağlı çoxsaylı şikayətlər alırıq, hətta saytda yerləşdirilən şəkillər bəzən həqiqətə uyğun olmur, otellər başqa yerin şəkillərini yerləşdirirlər, turistlər gələndə məlum olur ki, şəkilə başqa yerlərə məxsusdur». Bundan başqa, bəzən turistlər bron etdikləri otelə gəldikdə yerlərin bitdiyi deyilir və onları başqa yerlərdə yerləşdirirlər və sair.
Qəbələyə indi də Hindistan turistləri axışır - Hər 3 turistdən 1-i hindistanlıdır
Milli Rezervasiya sistemində isə bu yanaşma fərqli olacaqdir – nəzarət sərt olacaq və platformaya yalnız yoxlavmadan keçən otellər qoşula biləcək: «Platformaya yerləşdirilən hotellər yalnız ulduz təsnifatından keçmiş hotellərdən ibarət olacaq, bu yanaşma keyfiyyətin təmin olunmasına xidmət edəcək. Həmçinin platformaya yerləşdiriləcək qonaq evləridə tərəfimizdən audit olunduqdan sonra platformaya yerləşdiriləcək».
«Narazı turistin pulun qaytaracağıq»
Hətta bundan sonra da problem olsa, Sistemin 7/24 işləyən çağrı mərkəzi məsələyə müdaxilə edəcək, problemi həll edəcək, hətta problem həll olunmasa turistə pulu qaytaracaqdır.
AZAL-ın adından dələduzluq etməyə başlayıblar - RƏSMİ AÇIQLAMA
Hazırda Azərbaycanda 200-ə qədər ulduz alan otel var, sistemə i lk növbədə onlar daxil ediləcək. Doğrudur, bu otellərin əksəriyyəti Bakıdadır, rayonlarda ulduz almış cəmi 57 otel var və turistlər hələlik yalnız bu sayda otel bron edə biləcək. Amma Rəşad Əliyev FED.az-a bildirib ki, sentyabr ayından ulduz sertifikasiyası prosesi yenidən başlayacaq. Və daha sürətli olacaq bu proses nəticəsində regionlardakı ulduzlu otellərin sayı artacaq.
Hotellər bu sistemi pulsuz alacaqlar
Yeniliyin otellər üçün digər üstünlüyü odur ki, bu sistemdə olan otellərə Əmlakın İdarəedilməsi Sistemi (Property Management System -PMS). pulsuz quraşdırılacaq. Bu sistem otel və digər yerləşmə yerlərində həm rezervasiyaları, həm də ümumi obyekti idarə etmək üçün tələb olunur.
Azərbaycanda turizm sektorunda işləyənlər nə qədər qazanır? - RƏQƏMLƏR
Otellər bunu ayrılıqda alsalar çox bahadır: «Bu tip sistemlərin qiyməti bazarda olduqca yüksəkdir, biz isə bu sistemin olmadığı hotellərə və qonaq evlərinə pulsuz şəkildə təmin edəcəyik».
Nəhayət, platformanın təbliğatı zamanı otelər də avtomatik təbliğ olunacaq, yəni marketinq xərcləri də platformanın payına düşəcək.
Komissiya haqqı "Booking"dən daha aşağı olacaq
Əsas məsələlərdən biri – nömrələrin satışı zamanı hotellər tərəfindən ödənilən komissiya haqqı Milli Rezervasiya Platformasında da olacaq, amma müəlliflər iddia edir ki, bu haqq digər sistemlərlə müqayisədə daha aşağı olacaq: «Platformanın tətbiq edəcəyi komissiya məbləği hal-hazırda müzakirə mərhələsindədir, bu komissiya digər bazarda olan ənənəvi platformalardan, o cümlədən Booking.com platformasından daha aşağı olacaq».
Azərbaycanda hotellərə "halal " sertifikatı veriləcək
Yeni sistemin elan edilməsi zamanı bildirilmişdi ki, bu sistemdən istifadə üçün indiyədək Azərbaycan bankları tərəfindən dəstəklənməyən ödəniş üsullarından istifadə əlçatan olacaq. Söhbətin hansı ödəniş üsullarından getməsini sistem hələ dəqiq açıqlamır «Bütün qanuni beynəlxalq ödəniş üsulları mümkündür», deyir. Böyük ehtimalla bu «PayPal» və sair ona oxşar ödəniş vasitələrindən gedir.
«Formula»ya hazır olacaq
Hələlik sistem fəaliyyətə başlamayıb. İndi Milli Rezervasiya Platformasına otellərin əlavə olunması prosesi gedir, müəyyən say çatdıqda sistem aktiv olunacaq, onun sentyabrın 1-dən işə düşəcəyi gözlənilir. Turizm bürosunda da etiraf edirlər ki, bu tarix 2024-cü il turizm mövsümünün faktiki itirilməsi deməkdir, amma texniki işləri yalnız bu vaxta başa çatdırmaq mümkün olub. Əvəzində qarşıdakı iri tədbirlər, o cümlədən «Formula-1» yarışlar üçün oteli artıq buradan bronlamaq mümkün olacaq.
«Azerbaijan travel»lə yayılacaq
Yeni sistemin adı Azerbayijan.booking.travel adlanacaq və o indiyədək Azərbaycanın turizm imkanlarının təbliğ olunduğu «Azerbaijan travel» platforması üzərindən yayılacaq. Turistlər bura daxil olaraq tarixləri və yerləri seçməklə yer bron edə biləcəklər. Hələlik sistem 3 dildə – Azərbaycan rus və ingiliscə işləyəcək, gələcəkdə hədəf bazarlarına nəzərə almaqla bura yeni dillər, məsələn ərəb və ya hind dili əlavə ediləcək.
Azərbaycanda ən asan və ən çətin Şengen vizasını - BU SƏFİRLİKLƏR VERİR - SİYAHI