Şuşa hotelləri bu ilin I yarısında 5 milyon 137,2 min manat xərcə qarşı cəmi 2 milyon 571 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da gəlirlərin xərclərdən 2 dəfə az olması nəticəsində hotellərin 2 milyon 566,2 milyon manat zərər etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 359,7 min manat və ya 16,3%, xərclər 2 milyon 346 min manat və ya 84%, zərər isə 1 milyon 986,3 min manat və ya 4,4 dəfə artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Şuşa hotelləri cəmi 579,9 min manat zərər etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 2 milyon 211,3 min manat, xərclər isə 2 milyon 791,3 min manat idi.