2024-cü il yanvar-iyun ayları ərzində Azərbaycanda hotel və hotel tipli obyektlər 43 milyon 409,1 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu illik müqayisədə 7 milyon 241, min manat və ya 20% artıb.
2023-cü ildə ilk yarısından hotellərin mənfəəti 36 milyon 168 min manata bərabər olub.
Məlumat üçün bildirək ki, Azərbaycan hotelləri bu ilin ilk yarısında məshul istehsalına 222 milyon 253,3 min manat xərcə qarşı 265 milyon 662,4 min manat gəlir əldə edib. Ötən ilin müvafiq dövündə 173 milyon 171,9 min manat xərcə qarşı 209 milyon 339,9 min manat gəlir əldə edilmişdi. Gəlirlərin xərclərdən üstün olması fonunda hotellər hər iki dövrü mənfəətlə başa vurublar.