Rusiyanın “İrAero” aviaşirkəti 29 mart 2023-cü ildən etibarən Ufa-Bakı istiqamətində uçuşlara başlayacaq.
Yayda Sankt-Peterburqdan Azərbaycana 3 aviaşirkət ucuşlar - HƏYATA KEÇİRƏCƏK
FED.az xəbər verir ki, “Uçuşlar həftədə bir dəfə - çərşənbə günləri yrinə yetiriləcək. Uçuş müddəti 3 saat təşkil edəcək. Uçuşlar “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək”, - aviadaşıyıcının məlumatında deyilir.
Heydər Əliyev adına Hava Limanından uçuş saat 14:45-də, Ufa eroportuna eniş – 18:45-də olacaq. Geriyə reys saat 20:00-da, Bakıda eniş 22:00-da olacaq. Hər aeroport üçün terli vaxt qeyd olunub.
Uçuşlar cari ilin noyabr ayına qədər yerinə yetiriləck. Bu marşrut ilə sonuncu reys oktyabrın 25-nə planlaşdırılır.
Ufa Beynəlxalq Aeroportun məlumatına əsasən, hazırda Başqırdıstanın paytaxtından Bakıya uçuşlar iki aviaşirkət tərəfindən həyata keçirilir. Həftənin çərşənbə axşamı “Utair” şirkətinin təyyarələri bu istiqamət ilə uçuş yerinə yetirir. Azərbaycanın AZAL aviaşirkəti həftədə kii dəfə (cümə axşamı və bazar günləri) bu marşrut ilə uçuşlar yerinə yetirir.
“İrAero” aviaşirkəti İrkutsk şəhərində yerləşən Rusiya aviaşirkətidir. Aviaşirkətin parkına yeddi Superjet 100, bir - A319-100, həmçinin Аn-24, Аn-26, Аn-26-100 и bir Bombardier CRJ-200 təyyarəsi daxildir. Aviaşirkət Rusiyanın 70-dən çox şəhərinə, o cümlədən yaxın xarici ölkələrə reyslər yerinə yetirir. (İnterfaks-Azərbaycan)