Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) vitse-prezidenti Bülent Bülbüloğlu Ukraynadakı münaqişənin turizmə təsirini qiymətləndirib.
Eləcə də bax: Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfədən çox - ARTIB
FED.az xəbər verir ki, Bülbüloğlu, Türkiyə turizminin bu vəziyyətdən 30% itirə biləcəyini, lakin bunun bərpa etmək üçün müxtəlif bölgələrdən turistlərin cəlb edilməsinin zəruri olduğunu bildirib.
Bülbüloğlu, “Tur operatorları aprel-may-iyun ayları üzrə otellər ilə tur ödənişləri müqaviləsi bağlayıblar. Bu il Ukrayna tərəfində satış həyata keçirmək asan görünmür. Rusiyada da problem var. Bu işin təyyarəsi, yəni daşıma tərəfi var. Rusiya tərəfinə müsbət yanaşsaq da, hazırda hiss olunan heç nə yoxdur. Türkiyə 30%-ə yaxın, bəlkə də 20% itirəcəyik. Biz bunun bir hissəsini kompensasiya edə bilərik. Biz həmçinin müxtəlif bazarlaragenişlənməyə çalışırıq”, - deyib. (Marja)