2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 3,2 dəfə artaraq 89,6 min nəfər olub.
FED.az Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,6 dəfə, İrana gedənlərin sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,5 dəfə artıb.
Eləcə də bax: Ərəb turistləri yenidən Bakıya qayıdır – YANVARDA 100 QAT ARTIM OLUB
Ölkə vətəndaşlarının 39,4 faizi Türkiyəyə, 25,8 faizi Rusiya Federasiyasına, 8,0 faizi Gürcüstana, 9,7 faizi İrana, 17,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil edib.
2022-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 66,3 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib. (Trend)