Kənd Təsərrüfatı Nazirliyi “Şəhərdən Kəndə” layihəsinə qoşulan fermerlərin iştirakı ilə "Azərbaycan Aqroturizm Assosiasiyası" İctimai Birliyinin yaradılmasına dair təsis görüşü keçirib.
Azərbaycanda kənd turizminin inkişafı üçün görülən işlər - AÇIQLANIB
FED.az nazirliyə istinadən xəbər verir ki, görüşdə qurumun, eləcə də Dövlət Turizm Agentliyinin, agentlik yanında Azərbaycan Turizm Bürosunun, "Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Görüş zamanı "Azərbaycan Aqroturizm Assosiasiyası"nın yaradılmasına təşəbbüs göstərən fermerlər “Şəhərdən Kəndə” layihəsinin ölkəmizdə aqroturizmin inkişafındakı böyük rolunu və bu layihənin dövlət-özəl sektor əməkdaşlığının uğurlu nümunəsi olduğunu vurğulayıb. Natiqlər ölkəmizin aqroturizm potensialı, hazırkı vəziyyət, inkişaf imkanları və gələcək perspektivləri istiqamətində geniş müzakirələr aparıblar.
Daha sonra Assosiasiyanın yaradılmasına dair təsis sənədləri imzalanı, qurumun yaxın gələcəkdəki fəaliyyət planı və hədəfləri açıqlanıb. Səsvermə yolu ilə Assosiasiyanın 9 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb və sədr seçilib.