Bu il yanvarın 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonunda 18 mehmanxana və otel tipli obyekt fəaliyyət göstərib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 vahid və ya 28,6% çoxdur.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ən çox artım Şuşa və Tərtər rayonlarında qeydə alınıb. Hər iki rayonda mehmanxana və otel tipli obyektlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 vahid və ya 33,3% artaraq 4-ə çatıb.
Ötən bir il ərzində Xankəndi şəhərində və Ağdam rayonunda hər birində 1 yeni mehmanxana fəaliyyətə başlayıb.
Ağcabədi rayonunda 5, Bərdə rayonunda 2, Füzuli rayonunda isə 1 mehmanxana və otel tipli obyekt fəaliyyət göstərir ki, bu da ötən ilin göstəricisi ilə eynidir.