Ötən il Türkiyə turizm sektorundan 61 milyard 103 milyon 419 min dollar məbləğində rekord gəlir əldə edib.
Gürcüstanın turizm gəlirlərinin 25,8 milyon dolları Azərbaycanın payına düşür
FED.az xəbər verir ki, rəsmi məlumatlara görə, turizm sektoru əvvəlki ilə nisbətən 8.3% artaraq 61.1 milyard dollar (2.19 trilyon TL) gəlir əldə edib. Bu rəqəm 2023-cü ildəki 54.3 milyard dollar və 2019-cu ildəki 34.5 milyard dolları geridə qoyaraq yeni bir zirvəyə çatıb. Hökumətin orta müddətli iqtisadi proqramında müəyyən edilmiş 59.6 milyard dollar hədəfi də aşılmış oldu.
İstatistikaya görə, 2024-cü ildə Türkiyəyə gələn ziyarətçi sayı 9% artaraq 62.2 milyona yüksəldi. Ziyarətçilərin ən böyük qrupunu Rusiya, Almaniya və Böyük Britaniya kimi ölkələrdən gələn turistlər təşkil etdi. Hökumət 2025-ci il üçün 64 milyon ziyarətçi və 63.6 milyard dollar gəlir proqnozlaşdırır.
Türkiyə Respublikasının Baş nazir müavini Cevdet Yılmaz, turizm sektorunun iqtisadi fəaliyyətləri canlandırdığını və balanslı iqtisadi artıma töhfə verdiyini bildirib. Yılmaz, turizmin xarici valyuta axını vasitəsilə cari hesab defisitinin azaldılmasında mühüm rol oynadığını qeyd etdi.