2024-cü ildə Gürcüstan turizmdən rekord məbləğdə 4 milyard 425,4 milyon ABŞ dolları gəlir əldə edib ki, bu da 2023-cü illə müqayisədə 7,3 % çoxdur.
Azərbaycandan xaricə turist axını 15%-dən çox artıb
FED.az xəbər verir ki, bunu ölkənin Baş nazirinin I müavini, iqtisadiyyat naziri Levan Davitaşvili bildirib.
Onun sözlərinə görə, bununla da hökumətin turizm gəlirlərinin dinamikası ilə bağlı proqnozu özünü doğruldub.
Gürcüstan rəsmisi qeyd edib ki, illik gəlirin 963,7 milyon ABŞ dolları IV rübün payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 10,3 % çoxdur.
Onun sözlərinə görə, turizm gəlirlərinin illik artımının 128,3 milyon ABŞ dolları İsrail, 25,8 milyon ABŞ dolları Azərbaycan, 22,9 milyon ABŞ dolları İran, 21,6 milyon ABŞ dolları Avropa İttifaqı, 21,4 milyon ABŞ dolları isə Səudiyyə Ərəbistanı vətəndaşlarının hesabına olub. (Report)