Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2024-cü ilin yanvar ayı ərzində ölkəyə turizm axını üzrə məlumatları açıqlayıb.
Yanvarda Azərbaycan vətəndaşları ən çox Türkiyəyə - SƏFƏR EDİB
FED.az xəbər verir ki, ilin birinci ayında Türkiyəni 2 milyon 47 min 27 əcnəbi turist ziyarət edib və bu, 2023-cü ilin analoji dövrünün göstəricisindən 2,05 faiz çoxdur.
Türkiyəyə gələn turistlərin mənsub olduqları ölkələrin siyahısına Rusiya başçılıq edib – 279 min 818 nəfər. Siyahıda sonrakı yerlərdə Bolqarıstan (167 min 138), Almaniya (137 min 955) gəlir. Liderlər arasında Gürcüstan və İran da yer alıb.
Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Türkiyəni rekord sayda – 56,7 milyon turist ziyarət edib, turizm sahəsindən gəlir isə 54,3 milyard dollara çatıb.
Türkiyənin qonaqları 2023-cü ildə bir gündə orta hesabla 99 dollar xərcləyiblər. (Azərtac)