Bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 147,7 min nəfər səfər edib, bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,1 % çoxdur.
Türkiyədə istirahət sürətlə bahalaşır - Turistlər Muğla və Antalyaya axışır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 37 %, Gürcüstana gedənlərin sayı 36,9 %, Türkiyəyə gedənlərin sayı 29,3 %, İrana gedənlərin sayı 23 % artıb.
Azərbaycan vətəndaşlarının 36,6 %-i Türkiyəyə, 22 %-i Rusiyaya, 10,6 %-i Gürcüstana, 8,2 %-i İrana, 22,6 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 67,7 %-i kişilər, 32,3 %-i qadınlar təşkil edib.
Yanvarda xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,1 %-i hava, 28,8 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.