Lənkəran hotelləri 2024-cü il ərzində 17 milyon 938 min manat xərcə qarşı cəmi 13 milyon 339,8 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da gəlirlərin xərclərdən az olması nəticəsində hotellərin 4 milyon 598,2 milyon manat zərər etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 1 milyon 931,3 min manat və ya 16,9%, xərclər 6 milyon 172,9 min manat və ya 52,5%, zərər isə 4 milyon 241,6 min manat və ya 12,9 dəfə artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Lənkəran hotelləri cəmi 356,6 min manat zərər etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 11 milyon 408,5 min manat, xərclər isə 11 milyon 765,1 min manat idi.