2024-cü ildə Azərbaycan hotelləri 2024-cü ili 183 milyon 748,5 min manat mənfəət əldə edib.
FED.az bu barədə Dövlət Satistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycan hotelləri 694 milyon 162,2 milyon manat gəlir əldə edib, məhsul və xidmət istehsalına 510 milyon 413,7 min manat xərc çəkib.
Hotellərin xalis mənfəəti son bir il ərzində 85 milyon 15,6 min manat (86,1%) artıb.
2023-cü ildə hotellərin gəlirləri 488 milyon 828 min manat. xərcləri 390 milyon 95,1 min manat təşkil edir. Yekunda 2023-cü ildə Azərbaycan hotelləri 98 milyon 732,9 min manat xalis mənfəət əldə ediblər.