Cari ildə Azərbaycana gələn turistlərin sayında 12%-dək artım gözlənilir.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, artım əsasən İsrail, Çin və digər Asiya ölkələrindən gözlənilir.
"Hazırda Agentliyinin işçiləri Koreyada səfərdədirlər. Yəqin ki, bu ölkədə yaxın zamanda bizim nümayəndəlik açılacaq", - deyə F. Nağıyev qeyd edib.
Eləcə də bax: Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş viza veriləcək - AGENTLİK