Avropa İttifaqı ölkələrindən Azərbaycana daha çox turistin gəlməsi üçün onlara sadələşdirilmiş vizaların verilməsi, vizalarını hava limanlarında birbaşa ala bilmələri üçün danışıqlar aparılır.
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, ölkəyə turistlərin cəlb edilməsi üçün hazırda 6 istiqamət üzrə iş aparılır.
F.Nağıyev əlavə edib ki, yay turizm mövsümündə Azərbaycana Çin, Hindistandan turistlərin gələcəyi gözlənilir: "Bu turistlər artıq ölkədə müşahidə edilir. Bu yay Avropa ölkələrindən də Azərbaycana turistlərin gələcəyi gözlənilir".
Eləcə də bax: Nazilrlikdən yerli vətəndaşlara və turistlərə - MÜRACİƏT