Gürcüstanın turizmdən əldə etdiyi gəlir ötən il 2019-cu ildəki göstəricini 2 dəfədən çox üstələyərək rekord həddə çatıb - 3,5 milyard dollar təşkil edib.
Ötən il Azərbaycandakı otellər 355 milyon gəlir götürüblər - 2 DƏFƏYƏ YAXIN ARTIM
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının saytında bildirilir.
"2022-ci ildə turizm gəliri 2019-cu ili üstələyərək rekord həddə - 3 516 634 479 dollara çatıb ki, bu da 2019-cu illə müqayisədə 107,6% çoxdur. 2021-ci illə müqayisədə turizm gəlirləri 2 271 692 761 (+182,5%) dollar artıb", - açıqlamada deyilir.
Dekabrda turizm gəlirləri 363 306 614 dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 167,2%, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə (+ 237 255 596 dollar) çoxdur.
“Turizmin bərpası dinamikasına gəlincə, 2022-ci ildə Gürcüstana 5 milyon 426 min 903 əcnəbi səyahətçi səfər edib ki, bu da 2021-ci illə müqayisədə 188,5% çoxdur”, -məlumatda bildirilir. (Marja)