Azərbaycandakı otellərdə gecələyənlərin təqribən yarısı yerli vətəndaşlar olub.
FED.az Statistika Komitəsinə istinadən xəbər verir ki, otellərdə yerli vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1 253 min olub ki, bu da ümumi gecələmələrin 47,3 faizini təşkil edir.
Ulduzlar hotellərə necə və niyə verilir? – ARAŞDIRMA
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə müqayisədə 1,7 dəfə artaraq 355,3 milyon manat olub.
Bu rəqəmin 59,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,4 faizi ictimai iaşə xidmətlərindən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.