2023-cü ildə Gəncə-Daşkəsən regionunda 41 hotel və hotel tipli obyekt fəaliyyət göstərib.
FED.az bu bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Bu 2022-ci ilin göstəricisi ilə müqayisədə 11 ədəd və ya 36,7% çoxdur.
Ümumilikdə isə bu obyektlərin 1-i Daşkəsəndə, 19-u Gəncədə, 5-i Goranboyda, 12-si Göygöldə, 4-ü Naftalanda fəaliyyət göstərib, lakin Samuxda isə heç bir obyekt olmayıb.
Əvvəlki illə müqayisədə hotel və hotel tipli obyektlərin sayı Daşkəsən və Goranboy üzrə dəyişməyib, Gəncə və Naftalan üzrə 2 ədəd, Göygöldə isə 7 ədəd artıb.