2023-cü ildə Azərbaycanda hotel və hotel tipli obyektlərin sayı 809 ədəd olub.
FED.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Bu 2022-ci ilə nisbətən 52 ədəd və ya 7% çoxdur.
2022-ci ildə hotel və hotel tipli obyektlərin sayı 757 ədəd təşkil edib.
Ən çox hotel sayı isə paytaxt Bakı şəhərinin payına düşüb. Belə ki, ötən il Bakıda həmin obyektlərin sayı 303 ədəd təşkil edib. Bu da bir il əvvələ nisbətən 38 ədəd və ya 14% çoxdur.
Quba-Xaçmaz zonasında isə illik 1 ədəd artım baş verib və hotel tipli obyektlərin sayı 112-dən 113-ə düşüb.
Şəki-Zaqatala zonasında isə 1 obyekt fəaliyyətini dayandırıb və obyekt sayı 78 ədəd təşkil edib.
Naxçıvandakı hotellərin sayında 7 ədəd (33%) azalma baş verib və 21-dən 14-ə düşüb.
Qarabağda obyektlərin sayında dəyişiklik olmayıb və 14 olaraq qalıb.