Dünya ölkələrinin yeni pasport reytinqi açıqlanıb.
Təcili: AZAL endirimlərə başladı – 10 ŞƏHƏR, TARİXLƏR
FED.az xəbər verir ki, «The Henley Passport Index»i adlanan reytinqə əsasən dünyada vizasız ən çox ölkəyə getmək imkanı verən pasport Yaponiya və Sinqapur vətəndaşlarındadır. Bu ölkələrin pasportları ilə 193 ölkəyə vizasız getmək mümkündür.
Azərbaycana gələn xarici qonaqların və yerli turistlərin qeydiyyatı aparılacaq - HÖKUMƏTDƏN QƏRAR
İlk 10-luqda sonrakı yerləri Cənubi Koreya (192 ölkə), Almaniya (191 ölkə), İspaniya (191 ölkə), Finlandiya (190 ölkə), İtaliya (190 ölkə), Lüksemburq (190 ölkə), Avstriya və Danimarka (189 ölkə) tutur.
Yeni reytinqdə Azərbaycan 110 ölkə arasında 76-cı yerdədir və ona əsasən azərbaycanlılar öz pasportları ilə 69 ölkəyə səfər edə bilərlər.
Ermənistan siyahıda 80-cidir, cəmi 65 ölkəyə vizasız gedə bilirlər.
MDB məkanında ən yaxşı vəziyyət Ukraynadadır (34-cü yer) – hazırda müharibə gedən ölkənin vətəndaşları öz pasportları ilə 144 ölkəyə vizasız səfər edə bilirlər. Siyahıda 49-cu yeri tutan Moldova pasportu 120 ölkəyə vizasız getməyə imkan verir. 51-ci yerdə olan Rusiya pasportu ilə 118 ölkəyə vizasız getmək olar.
Qonşu Gürcüstan da özünü viza cənnətində hiss edə bilər – siyahıda 53-cü olan gürcüs pasportu ilə 115 ölkəy vizasız səfər etmək mümkündür.
Qəbələ otellərində "bayramdır" - 2 AYDA 10 MİN TURİST GƏLİB
Siyahıda Belarus 67-ci yeri (79 ölkə), Qazaxıstan 70-ci yeri (75 ölkə), Tacikistan və Özbəkistan 85-ci yeri (59 ölkə), Türkmənistan 92-ci yeri (52 ölkə) tutur.
Azərbaycanla qonşu dövlətlər arasında qardaş Türkiyə siyahıda 54-cü yerdədir – türk pasportu 111 ölkəyə vizasız getmək imkanı verir. İran pasportu ilə cəmi 44 ölkəyə viza almadan getmək mümkündür.
Pasportların reytinqində ən aşağı yeri (110) Əfqanıstan tutur – bu ölkənin pasportu ilə cəmi 27 ölkəyə vizasız səfər etmək olar. İraq siyahıda 109-cu yeri (29 ölkə), Suriyə 108-ci yeri (30 ölkə), Pakistan isə 107-ci yeri (32 ölkə) tutur.