Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması Qaydası”nı təsdiqləyib.
Yanvarda Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - SİYAHI
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin bununla bağlı 2023-cü il 17 mart tarixli Qərarında aşağıdakı məsələlərin təmin edilməsi nəzərdə tutulur:
- yerləşmə vasitələrində qalan şəxslərin elektron qeydiyyatı həyata keçirilməklə ölkəyə gələn xarici qonaqların və yerli turistlərin dəqiq statistik hesabatlarının aparılması təmin ediləcək;
- əldə edilən məlumatlar gələcəkdə həm beynəlxalq, həm də yerli turizm bazarında turizm sahəsində daha məlumatlı qərarların qəbul edilməsinə və uzunmüddətli turizm strategiyalarının formalaşdırılmasına kömək edəcəkdir.